Xəbər lenti

"Fransa terrorla yaşamaq məcburiyyətində qalacaq" - Baş nazir
Dünya10:53 15.07.2016

"Fransa terrorla yaşamaq məcburiyyətində qalacaq" - Baş nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fransa terrorla yaşamaq məcburiyyətində qalacaq" 

"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Manuel Valls, Nitsada törədilmiş terrorla bağlı açıqlama verərkən deyib. 

Baş nazir bildirib ki, Fransa terrorla yaşamaq məcburiyyətində qalacaq, amma təslim olmayacaq. 

Xatırladaq ki, iyulun 14-də Fransanın Nitsa şəhərində dəhşətli terror hadisəsi baş verib. 

Yük maşını sürücüsu Müstəqillik Günü münasibəti ilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamının olduğu əraziyə daxil olaraq onların üstündən keçib.

Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Qızılgül 

Qaynarinfo.Az