
Dünyanın inkişaf etmiş 7 ölkəsi “G7” rəhbərləri Ukraynadakı son vəziyyətlə bağlı bəyanat verib.
Avropa.info-nun verdiyi xəbərə görə, bu ölkələr Ukrayna ordusunun ölkənin şərqində həyata keçirdikləri əməliyyatları ölkədə sabitliyin bərpa olunmasına təşəbbüsü kimi qiymətləndiriblər.
“G7” ölkələri Rusiynı Ukrayna ilə dialoqa çağırıb. Almaniyanın baş naziri Anqela Merkel Putini Poroşenko ilə bir masa arxasına oturmağı və regionda olan vəziyyəti sülh yolu ilə həll etməyi təklif edib. Qeyd edək ki, dünyanın əksər inkişaf ölkələri tez-tez bu tip bəyanatlar verərək tərəfləri qarşıdurmadan çəkindirməyə çalışsa da regionda vəziyyət daha da qəlizləşməkdədir.
Qaynar.info