Xəbər lenti

"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu
Ölkə07:46 14.07.2017

"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

"Qaynarinfo"nun xəbərinə görə, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.

Qaynarinfo.Az