
İstanbul valisi Hüseyn Avni Mutlu bu gün Taksim Meydanında baş verən gərginliklə bağlı mətbuat konfransı keçirib.
Mutlu Gəzi Parkına qətiyyən müdaxilə edilməyəcəyini bildirib.
İstanbul valisi sabah saatlarında Atatürk heykəli və Atatürk Kültür Mərkəzinin binasının üstündəki bütün plakatların toplandığını bildirib. Mutlu qeyd edib ki, bu əsnada olduqca diqqətli olan polislə bəzi qruplar toqquşmaya girib: "Lazım olan müdaxilələr edilib. Daha böyük toqquşma atmosferi yaratmaq istəyinə fürsət verilmədi. Təmkinli duruşumuzu davam etdiririk. AKM və Atatürk heykəlinin mühasirəyə alınmaması üçün materialları toplayırıq. İctimaiyyətin gözləntisinin də bu istiqamətdə olduğunu görürük".
Qaynar.info