Xəbər lenti

"Google" 7 milyard dollar cərimələnə bilər
Dünya17:02 18.04.2016

"Google" 7 milyard dollar cərimələnə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın nəhəng texnologiya şirkəti Google 7 milyard dollar həcmində cərimə oluna bilər.

Avropa Antiinhisar xidmətinin rəhbəri Marqrete Vestaqerin Google-un smartfon istehsalçıları və rabitə operatorları ilə əldə etdiyi razılaşmalarının araşdırıldığı haqda bəyanat verib. Araşdırmalara səbəb Google-un Android əməliyyat sisteminin (ƏS) təbliğatı və inkişafı istiqamətində imkanlarından sui-istifadə etməsi olub.

“Bizi Google-un istehsalçılardan və operatorlardan məhz onun tətbiqləri quraşdırmağı tələb etməsi narahat edir. Şirkət bununla onlara seçim imkanı qoymur və istifadəçiləri yeni tətbiqlərdən məhrum edir. Ona görə biz Google-un Android ƏS-i istifadə edən bütün operator və istehsalçılarla olan müqavilələrinə yenidən baxacağıq”, – deyə Vestaqer bildirib.

Əgər Avropa İttifaqının komissiyası qanun pozuntularını sübut edə bilsə, Google 2015-ci ilin gəlirlərinin 10%-i və ya 7,4 milyard dollar məbləğində cərimə ödəməli olacaq.

Google şirkəti 1998-ci ildə Sergey Brin və Larri Peyc tərəfindən yaradılıb. Şirkətin adı eyniadlı axtarış sistemindən götürülüb. (anspress.az)

Qaynarinfo.az