
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri bəlli olub.
Qaynarinfo.Az gürcü KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb.
Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.
Qaynarinfo.Az