Xəbər lenti

"Hakimiyyət Cəmil Həsənlinin namizədliyini ləğv edə bilər" -AÇIQLAMA
Siyasət08:07 21.09.2013

"Hakimiyyət Cəmil Həsənlinin namizədliyini ləğv edə bilər" -AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həsən Kərimov: “Hakimiyyət bu addımı atmamalıdır”

“Hakimiyyət öz əxlaqına, mənəviyyatına uyğun olaraq İctimai Televiziyada Azərbaycan xalqının gözü qarşısında Cəmil Həsənlini təhqir etdilər”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov deyib. Onun sözlərinə görə, Araz Əlizadə, Əli Əhmədov və Hafiz Hacıyev tərəfindən təkcə Cəmil Həsənli deyil, bütövlükdə Azərbaycan xalqının, seçicisinin mənəviyyatı təhqir olundu. H.Kərimov hesab edir ki, Hafiz Hacıyevin, elə İlham Əliyevin namizədliyi ləğv edilməlidir, nəinki Cəmil Həsənlinin. Əksinə, onlar çıxıb xalqdan üzr istəməlidirlər.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi hakimiyyətin Cəmil Həsənlinin namizədliyinin ləğv etməsini istisna etmir: “Hakimiyyət Cəmil bəyin namizədliyini ləğv edə bilər. Çünki Cəmil Həsənlinin televiziya çıxışları birbaşa hədəfə yönəlib. Artıq, Azərbaycan xalqı ağı qaradan seçir. Hakimiyyətin etdikləri barədə deyilməyən sözlər, həyata keçirdiyi əməllər üzə çıxıb. Ona görə də hakimiyyətin Cəmil Həsənlinin namizədliyinin ləğvi ilə bağlı qərar verməsini istisna etmirəm. Hakimiyyət düşünməlidir ki, Azərbaycan xalqı, beynəlxalq aləm var. Bu addımı atmamalıdırlar”.

İlkin
Qaynar.info