
Norveçdə müsəlmanlar üçün "halal" adı altında istehsal edilən qida məhsullarının tərkibində donuz əti aşkarlanıb.
Qaynar.info-nun məlumatına görə, Ərzaq Təhlükəsizliyi Qurumunun rəsmisi Raqnhild Arnesen tərkibində at əti olub olmadığını müəyyənləşdirmək üçün ət məhsulların üzərində aparılan araşdırma zamanı məhsulların 30 faizində donuz ətinin aşkarlandığını bildirib.
Arnesen məhsullara halal etiketi yapışdıran Kuraas AS şirkətinin həmin məhsulları artıq supermarket və restoranlardan çıxardığını deyib.
Qeyd edək ki, bundan əvvəl də İngiltərədə istehsal olunan halal toyuq sosiskalarının tərkibində donuz əti aşkalanmışdı. O vaxt məktəblərə sosiska satan şirkət üzr istəmişdi.
Qaynar.info