
Norveç millisinin baş məşqçisi Per-Matias Höqmo dünya çempionu Almaniyaya seçmə mərhələnin ilk görüşündə 0:3 uduzmalarından danışıb.
Qaynarinfo.Az xəbər verir ki, 56 yaşlı çalışdırıcı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan - Norveç matçından 3 xalı hədəflədiklərini də bildirib:
"Almanlara qarşı yarımmüdafiədə çox aqressiv olacağımıza ümid edirdim. Əks-hücum şanslarımızdan yaxşı yararlana bilərdik. Ancaq bilirdik ki, bunu reallaşdırmaq çətin olacaq. Almaniya seçmə mərhələdə bütün matçlarda favorit göstərilən komandadır.
Yaxşı nəticənin olmasını istərdim. Ancaq 1 aya biz Azərbaycan və San Marino ilə qarşılaşacağıq. Təbii ki, hədəfimiz bu oyunlardan 6 xal götürməkdir. Sonra Çexiya ilə qarşılaşmazdan öncə bu xallar bizim üçün yaxşı olacaq. Çexiya və Şimali İrlandiyanın 0:0 oynaması bizim üçün çox sərfəli nəticədir".
O həmçinin qeyd edib ki, İngiltərənin "Bornmut" klubunun hücumçusu Coşua Kinqi zədələndiyi üçün məcburiyyətdən əvəzləyib.
Qaynarinfo.Az