
"Həmas"ın Siyasi Bürosunun sədrliyi ilə bağlı Qahirədə keçirilən seçki başa çatıb.
Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, Xalid Meşal beşinci dəfə bu vəzifəyə seçilib.
Mətbuata qapalı keçirilən seçkidə şefliyə namizəd olan Qəzzadakı Fələstin hökumətinin baş naziri İsmayıl Haniyə və "Həmas" Siyasi Bürosu rəhbərinin müavini Musa Əbu Merzuk da daxil olmaqla 3 nəfər Meşalın yeni müavinləri təyin olunublar.
Seçki Misir kəşfiyyat orqanlarının müəyyənləşdirdiyi gizli bir yerdə keçirilib.
Qaynar.info