Xəbər lenti

"Heroin həkimi" tutuldu: fermasından 1,4 ton narkotik çıxdı (VİDEO)
Dünya14:15 28.07.2017

"Heroin həkimi" tutuldu: fermasından 1,4 ton narkotik çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbul Narkotiklə mübarizə idarəsi genişmiqyaslı əməliyyat həyata keçirib.

"Qaynarinfo" CNNTürk-ə istinadən xəbər verir ki, əməliyyat zamanı "Heroin həkimi" ləqəbi ilə tanınan Rıfat B. adlı şəxs həbs olunub. Sakarya yaxınlığında narkotik emalatxanasına çevrilən ferma aşkara çıxarılıb. "Narkoferma"dan 1,4 ton heroin ələ keçirilərək götürülüb. Məlumata görə, həmin şəxs daha öncə də narkotikə görə 15 il həbsdə olub.

Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.