Rusiya Silahlı Qüvvələrindən sonra “Hizbullah”ın da Suriyadan çəkildiyinə dair məlumat yayılıb.
Türkiyənin “Haberturk” qəzeti xəbər verir ki, livanlı şiə müxalif jurnalist, “Cənubiyə” saytının rəhbəri Əli əl-Emin yüzlərlə “Hizbullah” silahlısının Suriyadan çıxmağa başladığını açıqlayıb. O, bu hadisənin ABŞ-la Rusiya arasında əldə olunan razılaşma nəticəsində mümkün olduğunu deyib.
Mənbənin sözlərinə görə, “Hizbullah” Hələbdən çıxacaq, lakin Şam və Livanla sərhəddə olan Kalamun və Zebedani kimi bölgələrdə qalmaqda davam edəcək. (virtualaz.org)
Qaynar.info