
Son bir neçə gündə Livanın şiə-radikal qruplaşması "Hizbullah"ın 1200-ə yaxın döyüşçüsü Aralıq dənizi vasitəsilə Suriyaya daxil olub.
Bu barədə "Əl-Ərəbiyə" telekanalı məlumat verib. Livandan Suriyaya gələn silahlıların Talkalx şəhərində qırğın törətmək üçün cəlb edildiyi bildirilir. Qeyd edək ki, "Hizbullah" üzvləri Suriyada hökumət qüvvələrinin tərəfində vuruşduğu üçün ABŞ, Kanada, İsrail, Böyük Britaniya kimi ölkələrdə onun hərbi qolu qara siyahıya salınıb.
Bu arada, "Əl-Ərəbiyə" telekanalı həmçinin "Hizbullah" qruplaşmasının daxilində də ziddiyyətlərin olduğunu, onun sünni qolunun da Suriyada üsyançıları dəstəklədiyini bildirib. "Hizbullah"ın "Cabhat əl-Nusra" adlı qolunun 1000-dən çox üzvünün də "Azad Suriya Ordusu"na qoşulduğu xəbər verilir. Qeyd edək ki, hazırda "Azad Suriya Ordusu"nun tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı 150 minə yaxın silahlının vuruşduğu məlumdur.
Qaynar.info