
Ukraynanın paytaxtı Kiyevdə "İnter" telekanalının binasında baş vermiş yanğın söndürülüb.
Qaynarinfo.Az "RİA Novosti"yə iatinadən xəbəer verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib.
***
Ukraynanın paytaxtı Kiyevdə "İnter" telekanalının binasında yanğın baş verib.
Qaynarinfo.Az-ın məlumatına görə, hadisə telekanalın Şusev küçəsindəki binasında qeydə alınıb. Telekanalın bəzi əməkdaşları binanı tərk edə bilsələr də, digər əməkdaşlar binanın damına çıxıblar. Onların təxliyə edilməsi mümkün deyil.
Yanğının hazırda davam etdiyi bildirilir. Hadisə ilə əlaqədar küçədə hərəkət dayandırılıb.
Kiyev polisinin sözçüsü Oksana Blişçikin sözlərinə görə, təxminən 20 nəfər telekanalın binasının önünə şinlər yığıb və onları yandırıb. Həmçinin binanın içərisinə tüstü qazlar atılıb. Həmin şəxslər tutulsa da, onların bunu telekanalı Kremlə işləməkdə suçladığı üçün edib. "İnter"in əməkdaşlarından biri yanğın zamanı qaçarkən ayağını sındırıb. 5 yanğınsöndürmə maşını binada yanğının geniş vüsət almaması üçün çalışır.
Qaynarinfo.Az