Xəbər lenti

"İnter"in baş məşqçisi klub prezidenti ilə dalaşdı
İdman09:48 25.07.2016

"İnter"in baş məşqçisi klub prezidenti ilə dalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini yeni mövsüm başlamamış komandadan ayrıla bilər.

"Qaynarinfo.Az" xəbər verir ki, bu iddia ilə İtaliyanın tanınmış idman qəzetləri çıxış edib. Onların yazdıqlarına inansaq, Mançini "İnter"in indoneziyalı prezidenti Erik Tohir ilə transferlər məsələsində dalaşıb. 

Ümumiyyətlə, ötən ay klubun əsas səhmlərinə malik olan Çin şirkəti də daha çox gənc oyunçuların transfer olunmasında maraqlıdır. Bu üzdən Mançininin tezliklə klubdan ayrılacağı gözlənilir.

Bu istefa komandaya yeni transfer olunmuş türk futbolçu Caner Erkinə də pis təsir göstərməyə bilməz. Çünki Erkin Roberto Mançininin şəxsi istəyi ilə transfer olunub.

Qaynarinfo.Az