
"Apple" şirkətinin yeni "iPad 5" planşetini sentyabr ayında buraxacağı barədə xəbərlər yayılıb.
ANN.Az-ın verdiyi xəbərə görə, 24.6 sm ölçüsündəki planşet daha geniş ekran ölçücünə malik olacaq.
Şirkətə yaxın mənbələrdən əldə edilən məlumata görə, planşetin batereya saxlama müddəti də daha da təkmilləşdiriləcək. Başqa bir məlumata görə isə, "Apple" həmçinin "iPad Mini 2" planşeti üzərində işləyir, ancaq mini planşetlərin "iPad 5"-dən sonra satışa çıxarılması gözlənilir.
Qaynar.info