Avropa Birliyi miqrant böhranı ilə bağlı lazımi addımlar atmır.
Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.
“Miqrant böhranı ilə bağlı Türkiyə və Yunanıstan arasında əməkdaşlıq baş tutdu. Miqrantlar onları təmin edən ölkələrdə yerləşdirilməlidir. Mövcud vəziyyətə nəzər yetirsək, Avropa Birliyinin bu məsələ ilə bağlı yetərli addımlar atmadığını görərik. Bu günə qədər Avropa ölkələrinə yerləşdirilən miqrantların sayı mindən çox deyil”, - Çipras bildirib.
Qaynarinfo.az