Bir neçə gün əvvəl İŞİD-in "canlı bombası"nın Baıda olması barədə məlumatlar yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Üzeyir Simirov bir neçə il əvvəl Suriyaya getmək istəyərkən həbs edilib.
Məlumatda iddia edilirdi ki, o indi Bakının Qala kəndi, Ləzgi məsicidi, Dərnəgül və digər yerlərdə İŞİD ideologiyasını yaymaqla, gəncləri terror təşkilatının sıralarına cəlb etmək üçün hücrə evləri təşkil etməklə məşğuldur.
Qaynar.info xəbər verir ki, Üzeyir Simirov haqqındakı iddialara veteninfo.az saytına münasibəsində aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik.
- Haqqımda həqiqəti əks etdirməyən qərəzli fikirlər naməlum şəxslər tərəfindən mətbuata ötürülür. Həmin xəbərdə bildirilir ki, Üzeyir Simirov döyüşmək üçün Suriyaya getsə də, arzusuna çatmayıb. Bu tamamilə yalnış xəbərdir. Türkiyəyə müalicə üçün getmişəm və bir ildən sonra vətənimə qayıtmışam. Mənim Qaziantep şəhərində saxlanmağım da yalan məlumatdır.
- Deyirsiniz ki, Türkiyədə saxlanılmamısınız və ora müalicə olunmaq üçün getmisiniz. Amma iddia olunur ki, Türkiyədən deportasiya olunmusunuz?
- Bəli deportasiya edilməyim doğrudur. Ancaq xəbərdə deyildiyi kimi deyil. Qeyd etdim ki, səhhətimlə bağlı Türkiyədə olmuşam. Bunu sübut edən xəstəlik sənədlərim mövcuddur. Xəstəliyim uzun sürdüyündən Türkiydə daha çox qalası oldum. Buna görə də, Türkiyə dövləti geri qayıdan zaman məni deportasiya etdi. Bu hər kəsin başına gələ biləcək hadisədir.
- Sizinlə bağlı yayılan xəbərdə bir məsələ də qeyd edilir ki, Qala kəndi, Ləzgi məscidi, Dərnəgül və s. yerlərdə İŞİD idealogiyasını yaymaq üçün hücrə evləri təşkil edir və gəncləri bu evlərə cəlb etmək istəyirsiniz?
- Bu tamamilə absurd fikirdir. Azərbaycan müsəlman dünyasında ən sabit və dini tolerantlığın bərqərar olduğu bəlkə də yeganə dövlətdir. Bu dövlət bizimdir və ölkəmizin gələcəyi gənclərin əlindədir. Bizlər gəncləri doğru yola çağırmasaq, müəyyən təriqətlər, sektalar onların beyinlərini yalnıh idealogiyalarla zəhərləyə bilərlər. Bunları bilə-bilə mən niyə və hansı səbəbə görə öz dövlətimə, xalqıma bunları etməliyəm. Mən din adamıyam. İslam dini və Peyğəmbərimz müsəlmanlara doğru olanı göstərməyi əmir edir. Bunu bilib, doğru yolu qoyub, mənfur niyyətlər güdənlər bizlərdən deyil, müsəlman ola bilməz. Ona görə də hansısa hücrə evləri təşkil etmək, gəncləri İŞİD deyilən bir silahlı terror təşkilatına qoşulmağa vadar etmək mənim nə dinimə, nə müsəlmançılığıma, nə də insanlığma yaraşmaz.
- Bir məsələyə sizin aydınlıq gətirmənizi istərdik. Türkiyədə olarkən cihadçıların lideri Abu Hanzala caamatı ilə əlaqədə olduğunuz da qeyd edilir?
- Səmimi deyirəm ki, adını çıkdiyiniz Abu Hanzala caamatı haqqında eşitmişəm. Amma bu insanlarla hər hansı bir təmasım, söhbətim olmayıb. Bu haqda sadəcə bunu deyə bilərəm.
- Yayılan məlumatlarda "Əl-Qaidə”nin 3-cü şəxsi sayılan Əbu Yəhya Əl-Libi ilə tanış olduğunuz vurğulanır...
- Bu adamla hansısa bir əməkdaşlığım salam-sabahım olmayıb, onu tanımıram.
- İŞİD idealogiyasının təbliği, Qobustanda məscid və mədrəsə tikmək üçün sizə 1 milyon dollar maliyyə vəsaitini "Əl-Harameyn” xeyriyyə təşkilatının göndərdiyi də qeyd edilir...
- Bu məlumat da tamamilə yalandır. Ən azından ona görə ki, Azərbaycana digər ölkələrdən göndərilən pulların fəaliyyət istiqaməti bilinir. Dindarların köməyi ilə tikdirdiyim Qobustan məscidi Ədliyyə Nazirliyinin qeydiyyatından keçib, dini komitədə də qeydə alınıb. Mən burda ancaq din qardaşlarımızla dini mövzuda söhbətlər aparmış, onlara dövlətimizin siyasətini dəstəkləməyi və qanunlara əməl etməyi tövsiyyə etmişəm.
- Əlixan Musayev sizin yetirmənizdir?
- Əlixan Musayevi həmişə bir dindar kimi tanımışam və nadir hallarda məscidə ibadət zamanı qarşılaşmışam. Onunla başqa heç bir əlaqəm yoxdur.
- Əlixan Musayev Suriyada döyüşlərdə iştirak edənlərə cihadçı, ölənlərə şəhid deyir və onun bununla bağlı səs yazısı belə yayılıb?
- Bu onun düşüncəsidir. Mən iki ərəbin bir-birini qırmasını, qanına qəltan etməsini, evləri dağıtmasını, ailələri başsız qoymasını cihad adlandıra bilmərəm. Yaxud da orda ölənlərə şəhid deyə bilmərəm. Şəhid Qarabağda öz torpağı və dövləti, xalqı uğrunda döyüşərək canını qurban verən vətən oğullarıdır. Dünyanı idarə edən böyük güclər müəlman aləmini elə bir vəziyyətə salıblar ki, qardaş-qardaşa silah çəkir. Buna necə cihad demək olar? Bu yolda ölənləri necə şəhidlik adlandırmaq olar? Allah şəhidlik mərtəbəsini elə bir yüksək məqamda tutub ki, burda da ancaq və ancaq öz dövləti, xalqı uğrunda canından keçənlər məskən salacaqlar. Ona görə də mən Əlixan Musayevin səsləndirdiyi bu fikirləri nə qəbul edirəm, nə də belə fikirlərin təbliğini doğru saymıram.
- Son olaraq nə demək istərdiniz?
- Mən bu günə şədər dini fəaliyyətimlə yanaşı, dövlətçiliyimizə və onun qanunlarına əməl əməl etmişəm və bu gündə əməl etməkdəyəm. Prezident İlham Əliyevdən Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini təriqətlərə qayğı və hörmət əlaməti olaraq, din qardaşları arasında təfriqə və ayrıseçkilik salmaq istəyən şəxslər haqqında tədbir görülməsi barədə hüquq-mühafizə orqanlarına göstəriş verməsini xahiş edirəm. Azərbaycan yeganə ölkədir ki, onun qanunlarına hamı əməl edir və ölkədə sabitlik hökm sürür. Bu da ölkə başçısının apardığı böyük siyasətin böyük uğurlarındandır.
Qaynar.info



