Xəbər lenti

"İŞİD İslamın düşmənidir"
Dünya14:19 15.10.2014

"İŞİD İslamın düşmənidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı İslamı təmsil etmir. Çünki, İslam bu cür alçaqlığı müsbət qiymətləndirmir və göz yummur".

ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, İŞİD qürur duyaraq, qadın və qızların satılması, zorla evləndirməsi, təcavüzə məruz qalması, qula çevrilməsindən özünə pay çıxarmağa çalışır: 

"İŞİD bəşəriyyət üçün təhlükədir. Terror təşkilatı yaşları 12-yə qədər, yüzlərlə yezidi və digər azlıqlardan olan qadın və qızlardan gəlir əldə etməyə çalışır. İŞİD alçaqcasına, bu qadın və qızlara qarşı iyrənc münasibətlərini həyata keçirir. İŞİD İslamı təmsil etmir və İslam bu cür alçaqlığa göz yummur. Həqiqətdə bu hərəkətlər IŞİD-in İslamın düşməni olduğunun əlamətidir",-deyə Kerri söyləyib.

Kerri beynəlxalq cəmiyyətin və bütün dini liderlərin İŞİD-in dəhşətli əməllərini pislədiyini xatırladıb: "Qadınlara və uşaqlara bu edilənlərin insanlıq üçün böyük ayıbdır. Bu əməllərdən məsul olanların tanınması və cəzalandırılması lazımdır".

Qaynar.info