Xəbər lenti

"İstafa verməyimi Tanrı istədi"
Dünya06:18 22.08.2013

"İstafa verməyimi Tanrı istədi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Katolik dünyasının 265-ci papası olan keçmiş Roma Papası XVI Benedikt istefa verməsinin əsl səbəbini söyləyib. 

Qaynar.info xəbər verir ki, papalıq vəzifəsindən getdiyini açıqlayaraq böyük sürprizə imza atan XVI Benedikt istefasını Tanrının istədiyini deyib. 

Vatikana yaxın olan Katolik Zenit xəbər agentliyinin XVI Benediktin yanında olan insanlara istinadən verdiyi xəbərdə Papanın istefasının səbəbini, "Mistik bir təcrübə idi. İstefa etməyimi mənə Tanrı söylədi" şəklində açıqladığı bildirilib. 

Agentlik verdiyi xəbərdə 86 yaşlı Papanın səhhətinin daha yaxşı olduğu bildirilib. 

Qeyd edək ki, 2005-ci ilin aprelin 19-da Papa seçilən Papa Jozef Ratzinger 2013-cü ilin 11 fevralında Papalıqdan gedəcəyini açıqlamışdı. 

Papanın bu açıqlamasından sonra XVI Benediktin Vatikan Bankı İOR-da baş verənlər, "Vatileaks" qalmaqalı və kilsə daxilindəki gey lobbisi səbəbindən istefa vermək məcburiyyətində qaldığı açıqlanmışdı. 

Qaynar.info