Xəbər lenti

"Lenin"i döyən azərbaycanlı danışdı - FOTO/VİDEO
Dünya16:36 11.07.2015

"Lenin"i döyən azərbaycanlı danışdı - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən qəddar diktatorunu tapmaq o qədər də asan olmadı. Kreml sarayı ətrafında qaşılaşdığımız bir neçə Stalin Lenini döyənin onlar olmadığını deyirdilər.
Anatoliy Tokar (Stalinə bənzəyən artist) bildirir ki, Leninlə onun arasında heç bir münaqişə olmayıb: "Onu döyən azərbaycanlıdır. Bilmirəm nəyə görə dalaşıblar. Ancaq hər halda pul məsələsidir, bölüşə bilməyiblər".
Əslən gürcüstanlı olan Lətif Vəliyəv adlı bu həmyerlimizi isə dostları Lenin və Stalinlə birlikdə pul sayarkən Qızıl Meydan yaxınlığındakı Nikolskaya küçəsində tapdıq. İlk öncə azərbaycanlı olduğunu qəbul etməyən Stalin bir müddət sonra Zəlimxan Yaqubun şeirlərini əzbər oxuması Lenini döyən həmvətənimizin məhz o olduğunu ələ verdi.
Vətəndaşları onunla şəkil çəkdirmələri üçün razı salmaqda usta olan həmvətənimiz onun haqqında mətbuatda çıxan xəbərlərin isə uydurma olduğunu iddia etdi.
Lətif Vəliyev - Stalinə bənzəyən həmvətənimiz, qəzetdə onun haqqında çixan məlumata baxaraq Azərbaycanca danışır: 
"Qardaş mən baxdım bu qazetə. Bunlar yalandır, xırda nöqsanları böyüdüblər. Olmamış işlərdir. İnanmayın belə şeylərə. Yalandır hamısı. Mən bu işi eləməmişəm, olmayıb".
Stalinin döydüyü deyilən və əsil adı İqor Qorbunov olan Leninini isə Qızıl meydan ətrafında tapa bilmədik. Döyüldüyü barədə polisə verdiyi şikayət ərizəsini geri götürən Lenin həmvətənimizdən yediyi yumruqların təsirindən olsa gərək bir daha buralarda görünməməyə qərar verib. Putinin isə bu münaqişəyə münasibəti özünəməxsusdur.
İqor Xordin (Putinə bənzəyən artist): "Bu hadisə haqqında mənə məlumat verildi. Söz verirəm ki, bu ətraflı araşdırılacaq. Biz ümumiyyətlə bütün münaqişələrin sülh yoluyla həllindən yanayıq. Burada münaqişə olmamalıdır. Hər şey razılaşdırılmalı və məsələ yerindəcə həll edilməlidir".
Xatırladaq ki, 21 iyun tarixində baş verın hadisədə azərbaycanlı "Stalin" "Lenin"i başqa bir "Stalin"lə işləməyə qərar verdiyi üçün əlindəki çətirlə üç dəfə kürəyindən vurmuş və "Lenin" də polisə şikayət ərizəsi yazmışdı. Digər "Stalinlər"dən bunu da öyrəndik ki, daha öncə iki dəfə Rusiyadan deportasiya olunan həmvətənimiz Moskvada qanunsuz işləyir. Döyülən "Lenin" isə bir neçə dəfə xuliqanlıq səbəbindən məsuliyyətə cəlb olunub.
"Vladimir Putin" mübahisəli məsələni araşdırır.
Qeyd edək ki, Moskvanın mərkəzində Stalin və Leninin oxşarları əlbəyaxa olublar. İndi onlardan hansının doğru olduğunu müəyyənləşdirmək asayiş qoruyucularına qalıb.
Xəbəri yayan ”Moskovskiy Komsomolets” nəşrinin bildirdiyinə görə paytaxt metropoliteninin prokuroru Aleksandr Rıbak bildirib ki, oxşarlar arasında dava “Oxotnıy Ryad” metrostansiyasının küçəyə çıxan keçidində baş verib.
Zərərçəkən İqor Qorbunov (“Manejnıy” meydanında Leninin oxşarı kimi turistlərə xidmət göstərir) asayiş qoruyucularına bildirib ki, onu döyən Lətif Vəliyevi (Stalinin azərbaycanlı oxşarı) günorta iş yerində yaxalayıb. “İliç”- “Kobayla” salamlaşdıqdan sonra onlar kofe almağa gediblər. Lakin söhbət zamanı Vəliyev- Qorbunovun ona professional mənada xəyanət etdiyini və digər Stalin oxşarı ilə daha çox işlədiyini bildirib. Bu zaman mədəni diskusiya proletarlara layiq zərbə ilə bitib. Qorbunov həmkarından dönüb getmək istəyən zaman Vəliyev üç dəfə onun belindən çətir ilə vurub.
Zərəçəkmiş Lenin yumuşaq toxuma xəsarəti ilə poliklinikaya müraciət edib və eyni zamanda metropolitenin daxili işlər orqanına həmkarından şikayət ərizəsi yazıb. Moskva metropolitenin prokurorluğu insidentin araşdırmasını öz üzərinə götürüb.
Lenin və Stalin oxşarları illərdir bir yerdə işləyiblər. Onlar şəhərə gələn turistlərlə şəkil çəkdirərək çörək pulu qazanırdılar. Belə görünür ki, baş verən hadisədən sonra azərbaycanlı Stalin məsuliyyətə cəlb olunmasa belə özünə yeni həmkar axtarmalı olacaq.
Qaynar.info