
İngiltərənin "Mançester Yunayted" komandasının əfsanəvi qapıçısı Cek Kromton 92 yaşında dünyasını dəyişib.
Trend-in verdiyi məlumata görə, Kromton "Qırmızı şeytanlar"ın məşqçilər korpusunda da işləyib.
Məşhur futbolçu 1944-1956-cı illərdə İngiltərənin ən titullu klubunun qapısını qoruyub. 1958-1962, 1963-1971 və 1973-1974-cü illərdə isə "Mançester Yunayted"in məşqçilər korpusunda çalışıb.
Qaynar.info