Xəbər lenti

"Mars" və "Snikers" şokoladları geri qaytarılır
Dünya18:50 23.02.2016

"Mars" və "Snikers" şokoladları geri qaytarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mars" və "Snickers" şokoladlarının istehsalçısı Almaniya bazarında satılan məhsullarını geri qaytarır.
Trend Reuters-ə istinadən xəbər verir ki, buna səbəb şokolad batonlarının içindən plastik aşkar olunmasıdır.
İstehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin keyfiyyətsiz mallar istehlak etməsini istəmir.
"Mars" və "Snickers"lə yanaşı, Almaniya bazarından, həmçinin "Milky Way Minis", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib.
Qaynar.info