Xəbər lenti

"Mavi"ni zorladılar, sonra öldürdülər
Dünya12:43 20.05.2013

"Mavi"ni zorladılar, sonra öldürdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Volqoqrad şəhərində 22 yaşlı homoseksualı qətlə yetirənlərin məhkəməsi başlanıb.

"Mavi" V.Tornovoy mayın 9-da vəhşicəsinə öldürülmüşdü.

Milli.Az NTV-yə istinadən bildirir ki, 22 yaşlı Vladimir Tornovoyu qətlə yetirməklə suçlanan şəxs istintaqa ifadə verib.

"Mayın 9-da Qələbə Bayramı münasibətilə dostlarla möhkəm "vurduq". Sonra küçədə bu "mavi"ni gördük. Ona yaxınlaşdım, sonra vurub yerə yıxdım. Qabırğalarına, başına təpik vurdum", - V.Ternovoyun qətlində suçlanan şəxs deyib.

22 yaşlı "mavi" V.Ternovoyu huşunu itirənədək döyəndən sonra onu pivə butulkası ilə zorlayıblar.

Can verən V.Ternovoyu kartona bükən sərxoş şəxslər onu yandırmaq istəyiblər.

Bununla da "ürəkləri soyumayan" qatillərdən biri 20 kq ağırlığında daşı götürərək V.Ternovoyun başını əzib.

V.Ternovoy həyətdə, uşaq meydançasında qətlə yetirilsə də, ətrafdakı 4 beşmərtəbəli binanın sakinlərindən kimsə qətlə mane olmayıb, polisə xəbər verməyib.

Qaynar.info