Xəbər lenti

"Mayın 9-da müharibə yenidən başlanacaq" - Kəşfiyyat İdarəsi
Dünya11:34 20.04.2016

"Mayın 9-da müharibə yenidən başlanacaq" - Kəşfiyyat İdarəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qoşunlarının komandanlığı 9 may Qələbə Günü ərəfəsində Donbasda döyüş əməliyyatlarına başlamağı planlaşdırır. Qaynarinfo.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsindən deyilib.
"Mayın 9-da Donbasda Ukrayna ordusunun mövqelərinə hücumu planlaşdırılır. Döyüşçülər "DXR"in silahlı birləşmələrinin gücünü və "əhəmiyyətli nailiyyətləri"ni nümayiş etdirmək istəyirlər. Donetsk istiqamətində hücum xarakterli döyüş əməliyyatlarının həyata keçirilməsi, həmçinin Mariupol istiqamətində hücum variantlarına baxılır", - Ukrayna hərbi kəşfiyyatından xəbərdarlıq edilib.
Qaynarinfo.az