
Bir vaxtlar "Kurtlar Vadisi Pusu" serialında Memati rolunu canlandıran aktyor Gürkan Uygunun Gezi Parkındakı aksiyalarda iştirak etdiyi ilə bağlı fotoları üzə çıxıb.
Qaynar.info-nun məlumatına görə, "Memati"nin Gəzi Parkındakı gənclərə ərzaq daşıdığı fotosu "twitter"də paylaşılıb.
Uygun "Twitter" hesabından yazıb: "Dəyişdirmək deyil, düzəltmək. Amma vətəndaş olaraq, insan olaraq haqlarım var. Biz də görürük iqtisadi inkişafı, əkilən ağacları, çəkilən yolları, ödənən borcları, həll proseslərini, iqtidarın sabitliyini. Biz insan kimi bərabər yaşamaq istəyirik. Azan da, himn də bizimdi, ağaclar da bizim. Bu məmləkət hamımızın".
Qaynar.info


