
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Misirdəki "Müsəlman Qardaşları" da qoşulub.
Qaynar.info xəbər verir ki, təşkilat üzvləri Ermənistandan Dağlıq Qarabağdan çıxmağı tələb ediblər.
Bunu "Müsəlman Qardaşları"nın Küveytdəki nümayəndəsi Tarik əl-Suvaydan "Ərəb ölkələri dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" beynəlxalq konfransı zamanı deyib.
"Ermənistan özünün işğalçı siyasətindən əl çəkməlidir. Beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı təzyiqləri artırmalıdır. Düzdür münaçqişənin həllində sülh danışıqları vacibdir, amma bu nəticə verməsə Azərbaycan işğal olunmuş ərazilərini hər vasitə ilə bərpa etmək haqqına sahibdir" deyə Tarik əl-Suvaydan bildirib.
Qaynar.info