
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çelik srağagün "Ergenekon" məhkəməsilə ilə bağlı açıqlama verib.
Qaynar.info xəbər verir ki, məhkəmənin verdiyi qərarla razılaşmayanları tənqid edən AKP rəsmisi məhkəmələrin millətin adından qərar verdiyini deyib: "Məhkəmələr millətin adından qərar verir. Qərarları bəyənmə və ya bəyənməmə haqqına sahibsiniz. Mən bu məhkəmələri tanımıram, qərarları tanımıram mövqeyi ciddi bir davranış deyil, gülüncdür. Ana müxalifət belə bir bəxtsiz bir yanaşma içindədir. Məhkəmə 21 nəfər haqqında da təxliyə qərarı verdi. Bu qərarı da tanımayacaqsınız?".
Çelik həbs olunan bütün müttəhimlərin yaxınlarına keçmiş olsun deyib: "Amma bunu unutmamaq lazımdır. Türkiyə illərdir çevriliş təhdidi altındadır. Qurda mərhəmət etmək quzuya zülm etməkdir. Məhkəmənin uzanmasının birinci səbəbi CHP-nin İstanbul Vəkillər Kollegiyasının mövqeyidir. Məhkəmə salonunu işğal edənlər, şüar səsləndirənlər səbəbindən gecikdi. Mustafa Kamalın əsgərləriyik deyə bağıranlar vəkillərdir. Sizin kimi əsgərləri sevsinlər. Mustafa Kamal sizlərə kartof da soydurmazdı".
Qaynar.info