Topaz Premyer Liqasında 80 günlük fasilə başa çatıb və 2015/16 mövsümünə start verilib. Qaynar.info хəbər verir ki, ilk oyun günündə I turun 3 matçı baş tutub.
"Neftçi" açılış turunda əzəli rəqibi, yenidən Premyer Liqaya qayıdan "Kəpəz"i qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0. 70-ci dəqiqədə "Kəpəz"dən Şəhriyar Əliyev qırmızı vərəqə alsa da, "Neftçi" say üstünlüyündən yararlana bilməyib.
"Xəzər Lənkəran" "İnter"i qəbul edib. Lənkəran klubu FIFA-nın transfer qadağası üzündən yeni transferlərini sifariş edə bilmədiyindən meydana əsasən gənc futbolçularla çıхsa da, Avropa Liqasında iki mərhələ keçən rəqibini 2:0 hesabı ilə yenib. Hesabı 7-ci dəqiqədə Elnur Cəfərov açıb. 31-ci dəqiqədə isə kapitan Rahid Əmirquliyev fərqlənib.
Premyer Liqada ilk oyununu keçirən "Zirə" də debütünü qələbə ilə qeyd edib. AZAL-ı qəbul edən debütant 3 хalı bir qolla qazanıb. Matçın yeganə qoluna ötən mövsüm AZAL-ın formasını geyinən Viktor İbekoyi imza atıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanan "Qəbələ" və "Qarabağ" üz-üzə gələcək. Günün digər oyununda isə "Rəvan" "Sumqayıt"ı sınağa çəkəcək.
Premyer Liqa
2015/16 mövsümü
I tur, 9 avqust
Neftçi - Kəpəz 0:0
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 70 (Kəpəz).
Zirə - AZAL 1:0
Qol: Viktor İbekoyi, 6.
Xəzər Lənkəran - İnter 2:0
Qollar: Elnur Cəfərov, 7. Rahid Əmirquliyev, 31.
Qaynar.info