Xəbər lenti

"Neftçi"də şok qərar: kapitan qovuldu
İdman17:27 14.07.2015

"Neftçi"də şok qərar: kapitan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" braziliyalı yarımmüdafiəçi Flavinyo ilə yollarını ayırıb. Qaynar.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun gedişinin səbəi açıqlanmayıb. "Neftçi" Flavinyoya gələcək karyerasında uğurlar arzulayıb.
1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb. 2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo "ağ-qaralar"ən heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub. Bakı klubunun heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib. 
Qaynar.info