
"Neftçi" klubu sabiq futbolçusu Emil Mpenzaya olan borcun ödənilmə məsələsində razılığa gəlib.
Qaynar.info xəbər verir ki, bunu "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov deyib:
"Ad günümdə gözəl xəbər aldım. Mpenza ilə danışıqlarımız müsbət nəticələndi. Bu gün borcun ödənilməsi ilə bağlı FİFA-nın qoyduğu müddət bitirdi. Gecə saatlarında isə Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkdi".
Xatırladaq ki, FİFA-nın qərarına isə "Neftçi" Konqo əsilli belçikalı futbolçuya 1 milyon avro pul ödəməlidir. Bu pulu ödəməyəcəyi halda, "Neftçi" avrokuboklardan məhrum edilə bilərdi.
Qaynar.info