Xəbər lenti

"O, cənnətdə ona vəd edilmiş 72 bakirəni gözləyə bilmədi"
Dünya15:14 03.07.2013

"O, cənnətdə ona vəd edilmiş 72 bakirəni gözləyə bilmədi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki il əvvəl öldürülən Əl Qaidə terror təşkilatının Yəmən qolunun rəhbəri Ənvər əl Əvlaki haqqında maraqlı məlumatlar ortaya çıxıb. 

Qaynar.info-nun məlumatına görə, 2002-ci ildə Pentaqona müsəlman cəmiyyəti adından dəvət olunan əl-Əvlaki Vaşinqtondakı otellərin birində gecəni fahişə ilə keçirib. Seksə görə, o 400 dollar ödəyib. 

FOX NEWS kanalının əldə etdiyi məlumatlarda qeyd olunur ki, terrorçu lider 200-ci ildən 2002-ci ilə kimi mütəmadi olaraq Vaşinqtonda fahişələrlə gününü keçirirmiş. Bu müddət ərzində əl Əvlaki 7 fahişəyə 2320 dollar xərcləyib. 

Hətta bununla bağlı "The New York Post" qəzeti sarkazm da yazıb: "Terrorçu lider cənnətdə ona vəd edilmiş 72 bakirəni gözləyə bilmədi və Yer üzündə fahişələrə minlərlə dollar xərclədi". 

Qaynar.info