
Rusiyalı model Yevgeniya Vavrinyuk "Kolorado"nun qapıçısı Semyon Varlamova qarşı 1 milyon dollarlıq iddia qaldırıb.
Anspress-in məlumatına görə, Vavrinyuk qolkiperin dəfələrlə ona təcavüz etdiyini və hətta bir dəfə içkili vəziyyətdə öldürmək istədiyini deyib.
Qeyd edək ki, 2013-cü ilin noyabrında Varlamov modeli zorlamaqda günahlandırılsa da, məhkəmə dəlillərin kifayət qədər olmadığını bildirərək, iddianı rədd edib.
Qaynar.info