Xəbər lenti

"Onları şəxsən özüm qətlə yetirmişəm" - Qalmaqallı etiraf
Dünya17:04 14.12.2016

"Onları şəxsən özüm qətlə yetirmişəm" - Qalmaqallı etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Filippin prezidenti Rodriqo Duterte bələdiyyə sədri işlədiyi dövrdə bəzi şübhəliləri şəxsən özü qətlə yetirdiyini etiraf edib.

İş adamları ilə görüşdə polislərə səslənən dövlət başçısı, onları cinayətkarlara güzəştə getməməyə çağırıb:

“Küçədə gəzib bəla axtarardım. Şübhəliləri qətlə yetirmək üçün onların meydan oxumalarını gözləyərdim. Əgər mən edə bilirəmsə, siz də edə bilərsiz”.

Qeyd edək ki, ölkəsində narkotik ticarətinə son verməyi qarşısına məqsəd qoyan dövlət başçısı, cinayətkarlara qarşı müharibə elan edib. Onun hakimiyyəti dövründə 3 minə qədər şübhəlinin mühakimə edilmədən qətlə yetirildiyi iddia olunur.(atv.az)

Qaynarinfo.Az