
Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasesn Zirəddin Rzayev Orxan Zeynalov və Moskvada soydaşlarımıza qarşı aparılan siyasətə münasibət bildirib.
Ans Press-in verdiyi məlumata görə, məşhur ekstrasens ANS TV-nin “Günə baxan” verilişində birbaşa efirə “Skayp” vasitəsilə qoşulub. O bildirib ki, Rusiyada qanuni yolla yaşayan və işləyən azərbaycanlılara qarşı münasibət pis deyil.
“Rusiyada çox sayda azərbaycanlı yaşayır. Moskvada Azərbaycan restoranları və mətbəxti ruslarınkından daha çoxdur. Orada işləyənlərin çoxu da azərbaycanlıdır. Onlara qarşı heç bir pis münasibət yoxdur. Yalnız qeyri-qanuni yaşayan və işləyən həmvətənlərimiz var ki, onları da digər xalqın nümayəndələri kimi ölkədən çıxarırlar. Mən müəyyən mənada onlara haqq verirəm. Lakin qanuni yolla orada çalışan bütün xalqın nümayəndələrinə qarşı zorakılıq etmirlər”, - deyə Z.Rzayev bildirib.