Xəbər lenti

"Ostankino"da yanğın söndürülüb, xəsarət alan yoxdur - YENİLƏNİB+FOTOLAR
Dünya20:02 30.07.2013

"Ostankino"da yanğın söndürülüb, xəsarət alan yoxdur - YENİLƏNİB+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın yerli vaxtla 23:58-də söndürülüb. 

Milli.Az bildirir ki, bu barədə FHN-in Moskva üzrə idarəsinin mətbuat xidmətinin rəhbəri Viktor Biryukov bildirib.

Hadisə yerinə operativ istintaq qrupu gəlib. Bu barədə paytaxt polisindən bildirilib: "Ostankinodakı yanğın yerinə operativ istintaq qrupu gedib. Həmçinin Yol-patrul xidmətinin 4 ekipajı və qeyri-dövlət mühafizə xidmətinin bir qrupu da oradadır". 

"Ostankino" telemərkəzindəki yanğının sahəsi isə, əvvəl deyildiyi kimi, 150 yox, 25 kv.m olub. 

"Dəqiqləşdirdik ki, yanğının sahəsi cəmi 25 kv.m olub. Əvvəl isə tüstü çox olduğundan mütəxəssislər bunun daha geniş olduğunu bildirmişdilər", - FHN-dən bildirilib. Həmçinin qeyd edilib ki, sexdə dekorasiyalar yanırmış. 

Rusiyanın İctimai Televiziyasından isə bildiriblər ki, "Ostankino" telemərkəzindəki yanğın yayımda kəsinti yaratmayıb. Fövqəladə hal səbəbindən ehtiyat yayım avtomatik olaraq qoşulub. 

Xatırladaq ki, öncə birbaşa efirin dayandırıldığı deyilirdi, amma bu informasiyanın "tələsik" verildiyi vurğulanır: 

"Heç bir kəsintimiz olmayıb. Necə birbaşa efirdəydiksə, eləcə də yayımdayıq. Texniki cəhətdən sistem elə qurulub ki, ekstremal hallarda ehtiyat yayım dövrəyə girir, o da birbaşa efirdə problemsiz həyata keçirilir". 

Telekanalın nümayəndəsi həmçinin deyib ki, hazırda yanğın lokallaşdırılıb, İTV-də qatı tüstü olub, amma telekanalın işinə bu təsir etməyib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Denis Nazarov bildirib: 

"Telekanallar  tam ştat rejimində çalışır, kəsinti olmayıb. NTV, Birinci kanal və bizim texniki xidmətlərlə əlaqə saxlamışam, efirdə kəsinti olmayıb. Aparatlar olan bütün otaqlara giriş mümkündür. Birinci kanal ASK-3-dən yayım aparır, NTV və NTV+ isə telemərkəzdən yayımlanır, yayım dayanmayıb". 

00:27

Moskvada "Ostankino" telemərkəzində yanğın baş verib, mindən çox insan təxliyyə olunub.

Trend-in yaydığı məlumata görə, bu barədə FHN-in Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Viktor Biryukov bildirib.

Biryukov deyib ki, hazırda təxliyyə işləri davam edir: "İnzibati binadan 10, ümumilikdə isə telemərkəzdən mindən çox insan təxliyyə olunub". Onun sözlərinə görə, yanğınla bağlı 4-cü dərəcəli çağırış elan edilib.

Hazırda yanğın 150 kvadratmetr ərazini əhat edib.

Məlumata görə, artıq yanğının qarşısı alınıb.

Qaynar.info