
İran polisi yenidən peyk antenlərinə qarşı mübarizəyə başlayıb.
Qaynar.info xəbər verir ki, polis Şiraz şəhərində topladığı 800-ə yaxın peyk antenlərini məhv edib.
Polisin antenləri dağıtmaq üçün əl atdığı üsul maraqla qarşılanıb. Əhalidən toplanan antenlər tanklar vasitəsilə əzilib.
Yığılan antenlərin üzərinə isə, "Atəşi evinizdən uzaqlaşdırın", "Peyk antenləri həyasızlığı yayır", "Ölüm olsun Amerikaya" və "Ölüm olsun İngiltərəyə" şüarları yazlıb.
Qeyd edək ki, qadağan olunmasına baxmayaraq, İran əhalisi xarici telekanalları izləmək üçün peyk antenlərindən istifadə edir.
Qaynar.info







