Xəbər lenti

"Prezidentlikdən bezmişəm" - LUKAŞENKO
Dünya14:32 11.12.2013

"Prezidentlikdən bezmişəm" - LUKAŞENKO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentlikdən bezdiyini deyib.

Qaynar.info
xəbər verir ki, Lukaşenko bu barədə gələcək prezident seçkiləri ilə bağlı ona yönəlmiş sualları cavablandırarkən deyib.

"Son vaxtlar seçkilərlə bağlı mənə yenə suallar verməyə başlayıblar. Bəziləri ilə müqayisədə mən bu sualdan əsəbləşmirəm. Məni seçkilərlə bağlı divara dirəmək istəyirlər. Mən artıq prezidentlikdən bezmişəm" deyə Lukaşenko bildirib.

O, həmçinin bildirib ki, hələ seçkilərə qədər yaşamaq lazımdır: "İnsanlar məni seçəcəklər, seçməyəcəklər - inanın bu ancaq sizdən asılıdır. Bu da ancaq Allaha məlumdur. "

Qeyd edək ki, Belarusda prezident seçjkiləri 2015-ci ildə keçiriləcək.

Qaynar.info