Xəbər lenti

"Qalatasaray" - "Fənərbaxça" derbisi İŞİD-ə görə təxirə salınıb
İdman08:18 21.03.2016

"Qalatasaray" - "Fənərbaxça" derbisi İŞİD-ə görə təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray" - "Fənərbaxça" derbisinin başlamasına 2 saat qalmış oyunun təxirə salınması heç də birmənalı qarşılanmamışdı. Qaynar.info xəbər verir ki, azarkeşlərin yarıdan çoxu etiraz etsə də, təhlükəsizlik səbəbi ilə belə addım atıldığı elan olunmuşdu.
Türkiyə mətbuatı isə məsələ ilə bağlı ilginc iddialar səsləndirib. "Hüriyyət" qəzetində yer alan məlumata görə, "Türk Telekom Arena"da İŞİD-in terror planı var imiş. Təhlükəsizlik komitəsi tərəfindən terror təşkilatının planı öncədən aşkarlanıb və lazımı tədbirlər görülüb. 
Məsələ burasındadır ki, İŞİD Parisdə "Stad de Frans” stadionu yaxınlığındakı 7 müxtəlif yerdə gərçəkləşdirdiyi terror aktlarının bənzərini ötən gecə də derbi zamanı törədəcəkmiş. Oyun başa çatandan sonra isə azarkeşlərin arasına "canlı bomba" daxil olub özünü partladacaqmış. Daha sonra xaos yaratmaq məqsədi ilə silahlardan fanatlara atəş atılacaqmış.
Qaynar.info