Xəbər lenti

"Qalatasaray" "Real"dan oyunçu alır
İdman11:54 27.08.2013

"Qalatasaray" "Real"dan oyunçu alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış futbolçu Di Maria karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, klub İspanyanın "Real" (Madrid) klubunun oyunçusu Di Mariyanı heyətinə qatmaq niyyətindədir.

"Kral klubu"nun prezidenti Florentino Perez ilə şəxsən görüşən "Qalatasaray"lı nümayəndələr transferin reallaşması üçün danışıqlar aparıb. Geniş heyətə sahib olan Madrid klubu oyunçunun satılmağına müsbət rəy versə də, Di Maria hələ ki yekun cavabını verməyib.

İngiltərədən gələn 3 milyon Avroluq təklifləri də qəbul etməyən Di Marianın inadını qırmaq üçün "Qalatasaray" təmaslara başlayıb. Sarı-qırmızılar yay transfer pəncərəsinin sentyabr ayının əvvəlində bağlanacağını nəzərə alaraq oyunçunu tez bir zamanada sıralarına qatmaq niyyətindədir.

Qaynar.info