Xəbər lenti

"Qalatasaray" transfer bombasını partlatdı
Dünya16:11 11.06.2016

"Qalatasaray" transfer bombasını partlatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun "Qalatasaray" klubu yayın ilk transferini reallaşdırmağa yaxındır. Fanat.az xəbər verir ki, İstanbul klubu "Şalke 04"lə müqaviləsi başa çatan Roman Neustadterlə anlaşıb.

Rusiya prezidenti Vladimir Putinin vətəndaşlıq verdiyi və yığmada oynamaq hüququ qazanan alman futbolçunun xidmətində "Zenit" də maraqlıdır. Hətta Sankt Peterburq klubu ona illik 2,8 milyon avro maaş təklif etmişdi. Amma 28 yaşlı futbolçu karyerasına görə "Qalatasaray"ı seçib. Buna görə o, hətta daha az maaşa - illik 2,4 milyona razılıq verib. 

Roman Neustadterə "Transfermarkt" 7 milyon avro qiymət qoyub. Müdafiəçi başa çatan mövsümdə 38 rəsmi oyuna çıxıb. Transferin yaxın günlərdə reallaşacağı gözlənilir. 

Bundan əlavə "Cim Bom"un kamerunlu ulduz transfer etdiyi iddia olunub. İddialara görə, "Qalatasaray" son iki mövsümü icarə əsasında "Vest Hem"də keçirən Aleks Sonq üçün "Barselona"ya müraciət edib. Kataloniya klubu kamerunlu oyunçunu istanbullulara icarə haqqı istəmədən verməyə razılaşıb. Sonqun özü də "Qalatasaray"da oynamağa razılaşıb. Onu bu işə əmisi Riqobert Sonq razı salıb. 4 mövsüm "Qalatasaray"da oynamış böyük Sonq sabiq klubunun müraciətindən sonra qardaşı olğunu İstanbul klubuna yollanmağa razı sala bilib.

28 yaşlı yarımmüdafəiçi başa çatan mövsümdə 4 ay zədə səbəbindən oynaya bilməyib və meydana çıxdığı 15 rəsmi matçda 856 dəqiqə oynayıb. "Transfermarkt" ona 10 milyon avro qiymət qoyub.

Qaynarinfo.az