Xəbər lenti

"Qalatasaray"ı Madridə dəvət olundu
İdman17:41 07.08.2015

"Qalatasaray"ı Madridə dəvət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oyun avqustun 18-də baş tutacaq.

ANS PRESS-in məlumatına görə, İstanbul klubu "Bernabeu Kuboku"nda iştirak edəcək.

Belə ki, "Real" hər yay hazırlıq dönəmində sabiq prezidenti Santyaqo Bernabeunun adını daşıyan kubok keçirir. "Kral Klubu" doğma meydanda adlı-sanlı bir klubla qarşılaşır. Bu il "Bernabeu Kuboku"nda "Portu"nun iştirakı nəzərdə tutulsa da, plan dəyişib. Portuqaliya klubunu "Qalatasaray" əvəzləyib. Oyun avqustun 18-də baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" 2011-ci ildə "Bernabeu Kuboku"nda iştirak edib və "Real"a 1:2 hesabı ilə uduzub. Bundan sonrakı illərdə "Millonarios"u (Kolumbiya) 8:0 və "Əl Sadd"ı (Qətər) 5:0 hesabı ilə yenən Madrid klubu ötən il kuboku təşkil etməmişdi.

Qaynar.info