Xəbər lenti

"Qalatasaray"ın canlı əfsanəsi həbs edildi
İdman20:24 04.03.2014

"Qalatasaray"ın canlı əfsanəsi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qalatasaray” və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb. 

Buna Pupeskunun transferlərdə qanunsuzluq etməyi və vergidən yayınmağı səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə fırıldağına yol verməkdə günahkar bilinib.

Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların uğurları üçün tər töküb. O, İstanbul təmsilçisinin 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb.

George Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudu. Rumıniya kubokunu (1988), İspaniya kubokunu (1997), Hollandiya superkubokunu (1997) qazanıb. ("DailySport")

Qaynar.info