
UEFA Avropa Liqasının seçmə mərhələsinin cavab oyununda Ağdamın "Qarabağ" klubu Almaniyada "Ayntraxt"la qarşılaşıb.
Qaynar.info xəbər verir ki, ilk oyunda Bakıda rəqibinə 0-2 hesabı ilə uduzan ağdamlılar növbəti mərhələyə çıxmaq üçün rəqib qapısından 3 cavabsız top keçirməli idilər.
Lakin "Qarabağ"ın 1 topdan artığına gücü çatmayıb. Oyun "Ayntraxt"ın 2-1 üstünlüyü ilə başa çatıb.
"Qarabağ"ın yeganə qoluna 58-ci dəqiqədə Reynaldo imza atıb.
Qaynar.info