Xəbər lenti

"Qarabağ" "AZAL"ı darmadağın etdi - 6:0
İdman16:32 09.09.2016

"Qarabağ" "AZAL"ı darmadağın etdi - 6:0

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. 

Turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilədən sonra ilk olaraq "Qarabağ" və AZAL komandaları üz-üzə gəlib. İki oyundan maksimum nəticə göstərən "Qarabağ" bu dəfə də meydanı qələbə ilə tərk edib - 6:0.

"Köhlən atlar"ın heyətində Reynaldo və Maksim Medvedev dubl edib. Migel Madera və Dani Kintana isə hərəyə bir dəfə fərqlənib.

Azərbaycan Premyer Liqası, IV tur

"Qarabağ" – AZAL - 6:0 

Qol: Reynaldo, 2; 64. Maksim Medvedev, 42; 66. Migel Madera, 45+1. Dani Kintana, 60

Qaynarinfo.Az