Xəbər lenti

"Qarabağ" və "İnter" qələbə qazandı
İdman18:47 10.08.2014

"Qarabağ" və "İnter" qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Ans press-in məlumatına görə, bu gün 3 oyun keçirilib. "Qarabağ" klubu ilk turda Sumqayıta səfər edib. Ağdam təmsilçisi yerli "Sumqayıt" klubuna böyük hesabla məğlubiyyətə uğradıb. “Qarabağ”ın hücumçusu Reynaldo Silva görüşdə dubl edib.

Bakıda keçirilən "İnter" - "Qəbələ" oyununda meydan sahibləri 3 xalı 4 cavabsız qolla qazanıblar.

Qeyd edək ki, bu gün Naxçıvanda baş tutan oyunda "Araz Naxçıvan" "Neftçi" üzərində 3:0 hesablı qələbəyə sevinib. 

Dünıən keçirilən AZAL - "Xəzər Lənkəran" oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər matçı "Bakı" - "Simurq" oyunu isə məlum səbəblərdən təxirə salınıb.

10 avqust (bazar)

Azərbaycan Premyer Liqası, I-ci tur

“İnter” – “Qəbələ” - 4:0

Qollar: Amisulaşvili, 9 (1:0), Migel Alvaro, 15 (2:0), Məhəmməd Mirzəbəyov, 20 (3:0), Migel Alvaro,70 (4:0)

“Sumqayıt” – “Qarabağ” - 0:3

Qollar: Reynaldo, 34 (0:1), Reynaldo, 85 (0:3)

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov

“Sumqayıt Arena”

Qaynar.info