Xəbər lenti

"Qarabağ"а texniki məğlubiyyət veriləcək
İdman09:43 11.08.2014

"Qarabağ"а texniki məğlubiyyət veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kobud səhvə yol verib. Qaynar.info xəbər verir ki, baş məşqçi "Sumqayıt"la oyunda legioner limitini pozub.

Belə ki, "Qarabağ"ın start heyətində 6 legioner - İbrahim Şehiç, Reynaldo Silva, Muarem Muarem, Admir Teli, Ansi Aqolli və Çumbinyo yer alıb. Qurbanov 59-cu dəqiqədə Namiq Yusifovun yerinə Riçard Almeydanı meydana buraxaraq limiti pozub. Görünür, iki dəqiqə sonra səhvini başa düşən baş məşqçi Muaremi Namiq Ələsgərovla əvəzləyib. Buna baxmayaraq limit pozulub və "Qarabağ"ı texniki məğlubiyyət gözləyir.

Qurbanov Qurbanov "Qarabağ"ın rəsmi saytına açıqlamasında səhvini etiraf edib:

"Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm".

Qaynar.info