
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Qaynarinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Artıq "Qarabağ"ın potensial 5 rəqibi də bəllidir.
1) Viktoriya (Çexiya)
2) "Zalsburq" (Avstriya) - "Liepaya" (Litva) (1:0) cütünün qalibi
3) BATE (Belarus) - SİK (Finlandiya) (2:0) cütünün qalibi
4) "Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) (2:0) cütünün qalibi
5) "Kruzeyders" (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka) (0:3) cütünün qalibi
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun "F91 Düdelanj" klubunu 2:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə çıxmağa daha çox yaxındır.