Xəbər lenti

"Qarabağ"ın futbolçusu Azərbaycan millisindən kənarlaşdırıldı
İdman08:30 29.08.2016

"Qarabağ"ın futbolçusu Azərbaycan millisindən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

Qaynarinfo.Az xəbər verir ki, Bədəvi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.

Qaynarinfo.Az