
Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ” milliləşdirilmiş ukraynalı qapıçı Andrey Popoviçlə yollarını ayırıb.
Qaynarinfo.az xəbər verir ki, ötən ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu bu komandanın heyətində 1 mövsüm çıxış edib.
Qolkiper 2015/16 mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Premyer Liqanın bürünc mükafatını qazanıb.
Qeyd edək ki, "Qəbələ"ni Samir Zərgərov ("İnter"), Arif Daşdəmirov ("Qarabağ"), Ermin Zets ("Xayduk", Xorvatiya), Aleksey Qay, Dodo və Ruslan Abışov da tərk edib.
Qaynarinfo.az